Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub.

AzərTAc bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava məlumat verib.

Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar və layihələndirmə işləri davam edir.

Xidmət rəisi deyib ki, mövcud gömrük infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı yeni planlar da var.

“Dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verəcək”, – deyə L.Kakava vurğulayıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …