Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / GDU müəllimləri adından nazirə ittiham dolu müraciət… – İDDİA

GDU müəllimləri adından nazirə ittiham dolu müraciət… – İDDİA

Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları adından təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlanıb. Azinforum.az dia.az-a istinadən həmin müraciəti təqdim edir:

“Cənab Nazir,məlumunuz olsun ki,Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin ən fundamental kafedrasıdır. Bu kafedranın çox böyük tarixi və keçmişi vardır. Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir. Ancaq cəbr və həndəsə kafedrasında işləyən və kafedranın profilinə uyğun olmayan riyaziyyat tarixi və riyazi məntiqdən dərs deyən Əliqulu Quliyev bu kafedraya müdir keçəndən sonra bu kafedranın pis günləri başlamışdır və hal-hazıra kimi də davam edir. Belə ki, Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin,habelə universitetinin baş ağrısına çevrilmişdir.

Əliqulu Quliyev kimdir? Bu suala Universiteti bitirmiş hər bir məzun, Gəncə şəhərinin hər bir vətəndaşı bir mənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. O, Universitetdə işlədiyi müddətdə fakultə dekanı seçilmək üçün Gəncə şəhərinin “Kriminal” aləminin dəstə üzvlərindən istifadə etmişdir, hətta o, zaman tədris işləri üzrə prorektor Saleh Salahovu elə qorxutmuşdur ki, Saleh müəllim müəyyən müddətdən sonra “pis” xəstəliyə tutulmuş və dünyasını dəyişmişdir. Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da əyri yollarla müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir.

Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayevdə bu acı taleyi yaşamışdır. Hətta Bəhramgur müəllimin ölümü ilə bağlı aidiyyatı olan Dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin kafedra müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq “Ümumi riyaziyyat” kafedrasına müdir təyin olunmuş, 20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış işləri, dissertasiya işləri praktika işlərinin tənzimlənməsi ilə məşğul olan şəkər və dializ xəstəsi olan 72 yaşlı Mayıl Mustafayev maneə olmuşlar.

İndi yenə də Əliqulu Quliyev 80 yaşında xəstə olduğu bir zamanda riyazi –analiz kafedrasında müdir seçkisində iştirak etmək istəyir. O, istədiyi adamı kafedra müdiri təyin etdirə bilmədiyindən öz pisliklərini davam etdirmək üçün bu sevdaya düşmüşdür. Çünki aidiyyəti olan dövlət orqanları ona öz yerini göstərə bilməmişlər. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir.Riyaziyyat kafedrası 4-cü mərtəbədə yerləşir.Bu adam 4-cü mərtəbəyə çıxana kimi hər mərtəbədə azı 10 dəqiqə dayanır,çünki 4 dəfə ürəyindən əməliyyat olunub,nəfəs ala bilmir,ağ ciyər xəstəsidir. Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər səhiyyə nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar bu məsələdə nə cavab verəcəklər? Gənc kadrların işə təmin olunması Dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Bu cür sağlamlıq durumları yerində olmayan Dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan bu tip müəllimlər gənc kadrlarla hökmən əvəz olunmalıdırlar. Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir. Əliqulu Quliyev Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullahdır.

Bəli, bu qoca müəllim hamını aldadır. O, bütün işlərində şəhər rəhbərliyi tərəfindən dəstəkləndiyini yalandan açıq şəkildə söyləyir. Bu adamı etdiyi günahlara görə cəzalandırılmaq əvəzinə universitet rəhbərliyi fəxri adlara layiq görür. O, yerdə işləmək mümkün deyil ki, cinayətkar cəzasız qalsın, günahsıza isə cəza verilsin. Bu tip insanlar bilməlidirlər ki, insan ağlını itirəndə hər şeyini itirir. Cənab Nazir,xahiş edirik ki,bu barədə bir ölçü götürəsiniz”.

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …