Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Tibb / Gəncədə yeni estetik mərkəz açıldı – VMR hərbçilərə və polislərə güzəşt söz verdi

Gəncədə yeni estetik mərkəz açıldı – VMR hərbçilərə və polislərə güzəşt söz verdi

28 may Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Gəncə şəhərində VMR Estetik Gəncə mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasiminə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, İran və Gürcüstandan xeyli sayda iş adamı, həkimlər qatılıb. VMR Şirkətlər Qrupunun Baş direktoru, sahibkar Vüsal Həsənov tədbirdə çıxış edərək artıq sayca 3-cü mərkəzi istifadəyə verdiklərini bildirib: “VMR Estetik Gəncə mərkəzi bu gündən etibarən fəaliyyətə başlamış hesab olunur. Bu mərkəzi yaratmaqla biz çalışmışıq ki, həkimlərimiz bölgə sakinlərinin estetik qüsurlarının daha peşəkarlıqla aradan qaldırılmasına yardımçı olsunlar.

Mərkəzimizdə bir çox inkişaf etmiş ölkələrin istehsalı olan tibbi avadanlıqlar mövcuddur. Artıq bölgə sakinlərinin hər hansı xarici ölkəyə getməsinə eytiyac qalmayacaq”. Cənab Həsənov həmçinin bildirib ki, əməliyyat tapşırığını və döyüş tapşırığını yerinə yetirərkən estetik xəsarət almış bütün silahlı birləşmələrin əməkdaşları VMR Estetik Gəncə mərkəzində klinikanın hesabına müalicə olunacaqlar: “Mərkəzimizdə laborotoriya, dermotologiya, stomatologiya, fizioterapiya, dietologiya, kosmetologiya və estetik cərrahiyyə bölümlərimiz mövcuddur. Əsasən əcnəbi mütəxəssislər olmaqla, eləcə də xarici ölkələrdə müxtəlif təkmilləşmə kursları keçmiş yerli mütəxəssislər peşəkar xidmət göstərəcəklər. Bölgəmiz və ölkəmiz üçün xeyirli olsun!”

Qonaqların təbrik nitqlərindən sonra, açılış rəmzi olan qırmızı lent kəsilib və bununla da VMR Estetik Gəncə mərkəzi rəsmən pasiyentlərin ixtiyarına verilib.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …