Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Evli bir qadına vurulmuşam… – NƏ EDİM?..”

“Evli bir qadına vurulmuşam… – NƏ EDİM?..”

Allahın Peyğəmbərimiz(s) və Quran vasitəsilə bütün bəşəriyyət üçün bir yaşam norması kimi əmr etdiyi İslam əxlaqının hakim olmadığı cəmiyyətlərdə zinakarlıq baş alıb gedir. Son onilliklərdə müsəlman ölkəsi sayılan Azərbaycanda da  əxlaqsız  həyatın müxtəlif formaları  getdikcə kütləviləşməkdədir. Bunların arasında subay və ya ailəli  kişilərin evli qadınları yoldan çıxarmaq şakəri də özünü bir sıra hallarda hətta cinsi zorakılıq formasında da göstərir. Təəssüf ki, çağdaş media da belə faktları işıqlandırmağa çox həvəslidir…
Bəzən qəlbində iman işığı, vicdan şöləsi olan cavanlar dostlarına və ya ərk etdiyi böyüklərə, din adamlarına belə sual edir:”Gizli şəkildə ailəli bir qadına vurulmuşam – nə edim?”.
İslam  mənəviyyatı, Quran və hədislər baxımından bu sualı necə cavablandırmaq olar?  
Bildiyiniz kimi, insan özündən asılı olmadan qəlbində yaranan, nəfsinin və ya Şeytanın vəsvəsə etdiyi hiss və düşüncələrə görə məsuliyyət daşımır. Ancaq  bununla belə, bir insan özünə ləzzət verdiyi üçün şüurlu şəkildə formalaşdıraraq meydana gətirib üzə çıxardığı düşüncələrə cavabdehdir.
Əgər bir kişi təsadüfən gördüyü naməhrəm bir qadını sonradan xəyalına gətirirsə və onunla necə əlaqədə olduğunu bilərəkdən, qəsdən təsəvvüründə yaradırsa, bu, gerçəkdən həmin əməli etməkdən az olsa da, artıq bir günahdır.
Allah -təala buyurur:
“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir! (Qurani-Kərim, Əl-Bəqərə surəsi, 284-cü ayə).
Evli bir qadına aşiq olmağa gəldikdə isə, bir kişi özündən asılı olamadan bu cür hissə qapıla və ya ürəyində belə bir meyl göstərə bilər. Düzdür, insan iradəsinin xaricində olana görə məsuliyyət daşımır. Ancaq öncə dediyimiz kimi, əgər o, bu hissləri şüurlu şəkildə özünə aşılayırsa və həmin duyğular ona ləzzət verirsə, bu, artıq bir günahdır. Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
“Kim evli bir qadını yoldan çıxararsa,  o, bizdən deyil…”
Və belə demək də doğru deyil: “Mən elə bir şey etmirəm, yalnız bir sevgi  duyğusu yaşayıram”.  Bu, artıq zinaya yaxınlaşmaq, ona doğru addım atmaqdır. Çünki belə düşüncələrin ardının həmin naməhrəm qadını yoldan  çıxarmaq olacağı ehtimalı çoxdur.
İnsanları məhz bu cür əxlaqsız, haram addımlardan çəkindirmək üçün Allah-təala zinaya yaxın düşməyi belə qadağan edir :
”Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”( İsra,32)
Allah hamımımızı günaha, harama girməkdən qorusun!..
Sultan Laçın

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …