Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Evində ölü tapılan məşhurlarımız…

Evində ölü tapılan məşhurlarımız…

Xəbər verdiyimiz kimi, fevralın 8-də sevimli aktrisa Zərnigar Atakişiyeva evində ölü tapıldı. Belə ki, yaxınları artıq 2 gün ondan xəbər ala bilməyincə aidiyyatı orqanlara müraciət etmiş, nəticədə aktrisanın azı 2-3 gün bundan əvvəl yaşadığı evində ürək tutmasından keçindiyi məlum olub.
 
Mərhum aktrisa ailəli deyildi. Yaxınları aktrisanın son vaxtlarda özünə qapandığını, heç kəslə əlaqə saxlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, yalqızlığı seçərək, tənha yaşayan, evində ölü tapılan digər məşhurlarımız da var. Onlardan biri də tanınmış aktyor Elçin Həmidovdur.
Aktyor digər həmkarları kimi tənha həyat yaşayıb. 42 yaşında ikən qəfildən ürək tutmasından vəfat edib.
Sənət yoldaşı Kubra Əliyeva onun xeyli zaman görünməməsindən narahat olaraq mənzilinə gedib. Lakin qapının zənginə cavab verən olmayıb. Mənzildən televizor səsi gəldiyini görcək təcili FHN-nə müraciət edilib. FHN əməkdaşları aktyorun evinə daxil olarkən onun cəsədini aşkarlamışdı.
Bir neçə il öncə məşhur futbolçu Ələkbər Məmmədov da yaşadığı evində ölü tapılmışdı. Yaxınları onun evinin qapısını dəfələrlə döyərək, cavab gəlmədiyini görüb FHN-ə müraciət etmişdi. Sonda evə daxil olmağa bacaran FHN əməkdaşları futbolçunu hərəkətsiz vəziyyətdə aşkarlamışdı.
Qeyd edək ki, Ələkbər Məmmədov Bakının “Neftyanik”, Moskvanın “Dinamo” komandalarında oynayıb. O, SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qolun sahibi olub. 1954, 1955, 1957, 1959-cu illərdə isə SSRİ çempionu olub. O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqçisi” fəxri adına layiq görülüb.
2016-cı ildə poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətovun da yaşadığı ünvanda cəsədi tapılmışdı. Məlum olub ki, 22 yaşlı idmançı həmin gün evdə tək olub, səhhətində qəfil problem yaranıb və qəfil ürək tutmasından keçinib.(Musavat.com)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …