Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Euronews” Lahıc haqqında reportaj yayımladı – VİDEO

“Euronews” Lahıc haqqında reportaj yayımladı – VİDEO

“Euronews” telekanalının “Postcards” proqramı növbəti reportajını İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr edib.

Avrora Velesin müəllifi olduğu reportajda tamaşaçılar Azərbaycan haqqında məlumatlandırılır. “Lahıc: mis qablar sənətkarları və Monomaxın papağı” adlı videomaterialda Lahıcın XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasındaQafqazda əsas istehsalat mərkəzlərindən biri olması qeyd edilir.

Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır. Bildirilir ki, Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib.

Videomaterialda Lahicda misgərlik sənəti ilə məşğul olan sənətkarların fikirləri də yer alıb.


Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …