Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Elşad Mirinin kitabının çapına qadağa qoyuldu – RƏSMİ

Elşad Mirinin kitabının çapına qadağa qoyuldu – RƏSMİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” adlı kitabının çap olunmasına qadağa qoyub.

Bu barədə ilahiyyatçı Modern.az saytına açıqlama verib.

O bildirib ki, buna görə komitəni məhkəməyə verəcək:

“Kitabın dərcinə icazə verilməməsi nə mənaya gəlir? Yəni sən kitabını heç bir yerdə çap etdirə bilmirsən. Ölkədən kənarda da dərc olunsa da, ölkəyə idxal edə bilmirsən. Buna qadağa, yoxsa icazə verməmək deyilir, siz qərar verin.

Mən bu gün ekspertizanın rəyi ilə tanış oldum. Sabah bununla əlaqəli geniş video açıqlama yayacam və sonra həmin əsasla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verəcəm. Sadəcə olaraq təəssüf ki, ekspertizada bir şəxsin yazdığı rəy əsasında komitə hansısa kitabın dərc olunmasına icazə vermir. Bu heç bir şəkildə doğru yanaşma deyil. Orada mənim kitabıma rəy verə biləcək bir ilahiyyatçının olmadığını xatırladıram. Çünki bu gün normal ilahiyyatı bitirən insanlar komitədə ekspertizada rəy verirlər. Amma o insanlar mənim kitabıma rəy verə biləcək səviyyədə deyillər. Təkəbbürlük olsa da, reallıq budur. Bu məsələ ən yaxşı halda məhkəmə yolu ilə həll olunmalıdır. Azərbaycanda mənim kitabıma rəy verə biləcək ekspert varsa, sevinərəm”.

Qeyd edək ki, bundan öncə ilahiyyatçı saytımıza açıqlamasında bildirmişdi ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …