Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Dövriyyəyə Novruz bayramına həsr olunan marka buraxılıb

Dövriyyəyə Novruz bayramına həsr olunan marka buraxılıb

Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
MMC-dən verilən məlumata görə, ümumxalq şənliyində “Azərmarka” tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb. Stenddə ulu öndər Heydər Əliyevin portreti əks olunmuş, “Müslüm Maqomayev”, “Tofiq Quliyev”, “Qara Qarayev”, “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları”, “Standart buraxılış 2018”, “Novruz”, “2017”, “Formula 1”, “XXI Yay Olimpiya Oyunları – Rio 2016”ya həsr olunmuş markalar, “Avropa Oyunları 2015”, “Azərbaycan”, “İçərişəhər”, “Qarabağ”, “Eurovision 2012” kitabları, habelə “Turizm”, “Avropa” adlı bukletlər və s. poçt məhsulları nümayiş etdirilib.

Stenddə Novruz bayramına həsr olunmuş, milli ornamentlərlə zəngin bayram ovqatı yaradan xüsusi marka da təqdim olunub. Bu marka “Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxılıb və zərflərin üzərində Ümumdünya Poçt İttifaqına üzv olan bütün ölkələrdə yayılacaq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …