Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir…”

“Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir…”

Bu günlərdə Rusiyada “Levada” ictimai rəyi öyrənmə mərkəzi araşdırıb ki, ölkənin düzgün istiqamətdə getmədiyini düşünənlərin sayı bunun əksini düşünənlərin sayını üstələyib. (45 faiz və 42 faiz). Sonuncu dəfə rusiyalılar arasında belə əhval 2006-cı ildə hökm sürürdü. 

“Komsomolskaya pravda”  bu mövzunu azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovla müzakirə edib.

 Biznesmen deyib ki, yaranmış vəziyyətdə hansısa radikal dəyişikliklər təklif etməyə dəyməz. Və əhalinin bu cür pessimizmə qapılması iqtisadiyyatla, iqtisadi problemlərlə əlaqəlidir.

“İstənilən iqtisadiyyatın əsası sabitlikdir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə heç vaxt heç nəyi proqnozlaşdıra, layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Məzənnə gah 70-ə qalxır, gah 65-ə qədər geriləyir. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun.  Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?”-Ağalarov sual edib.

Biznesmen deyib ki, Rusiyada müsbət ticarət saldosu var. Hər gün Mərkəzi Bank birjadan valyuta alır. “Bunu rublun məzənnəsinin stabil olmasını nəzərə almaqla eləmək olar. Və onda stabil məzənnəyə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi və insanların maaşları da uyğunlaşacaq. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhvala gətirib çıxarır”-Araz Ağalarov qeyd edib. (Virtualaz.org)

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …