Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qarşıdakı oyunlar daha ağır olacaq” – Qurban Qurbanov

“Qarşıdakı oyunlar daha ağır olacaq” – Qurban Qurbanov

“Maraqlı oyun keçdi. Hər iki komanda özünü yaxşı tərəfdən göstərdi”

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra açıqlamasında deyib. 

“Qarşıdakı oyunlar bizim üçün daha ağır olacaq. Adi bir səhv qolla nəticələndi. Rəqib komanda müdafiədə daha diqqətli oldu. Epizodlardan istifadə edə bilmədik”, – deyə Qurbanov söyləyib. 

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun son oyununda “Qarabağ” komandası paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. (Azvision.az)

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …