Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Doğma qızını zorlayan qayınata gəlinini uşaqlarının gözü qarşısında niyə baltaladı? – Azərbaycanda (VİDEO)

Doğma qızını zorlayan qayınata gəlinini uşaqlarının gözü qarşısında niyə baltaladı? – Azərbaycanda (VİDEO)

Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən fərdi həyət evində baş verən dəhşətli cinayətin yeni detalları məlum olub. 

Azinforum.az  baku.ws-ə istinadən xəbər verir ki, Space TV-nin çəkiliş qrupu hadisə baş verən ünvana gedib və yeni məlumatlar əldə edib. 

1962-ci il təvəllüdlü Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb. 

Hadisənin hansı səbəbdən baş verdiyini Cəmilənin bacısı açıqlayıb. O bildirib ki, davaya səbəb gəlinin yuyulan paltarın suyunu ağacın dibinə boşaltması olub: 

“Onun üstündə 12 balta vurub. Bu hadisə uşaqların gözü qarşısında olub. Biz gəlib çatanda can verirdi. Sizə onun uşaqlarını göstərsəm inanın ki, ağlayarsız. Hamısı ana deyib gəzir”. 

Firdovsi Məhərrəmov bundan öncə də məhkumluq həyatı yaşayıb. Cinayət Məcəlləsinin 149-cu (doğma qızını zorlama) maddəsi ilə ittiham olunub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …