Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Diri quşun satılmasına aydınlıq gətirilib

Diri quşun satılmasına aydınlıq gətirilib

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar yer alıb.

Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, yayılan bu cür məlumatlar reallıqdan tamamilə uzaqdır və həqiqəti əks etdirmir. Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …