Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Deputatlardan biri dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik”

“Deputatlardan biri dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik”

“1992-ci ildə 15 yaşım vardı. Milli Məclisin bütün iclaslarını izləyirdim. Mayda Mütəllibov çevriliş edərək təkrar vəzifəyə qayıtmağa cəhd etdi. Sözəbaxan Milli Məclis də onun “səlahiyyətlərini” təsdiqlədi. Lakin bir neçə gün sonra yenə də sözəbaxanlıq edərək Milli Məclis əks qərar verdi. Əlaltı deputatlardan biri də çıxışında dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik… Eh, onların qədrini bilməmişik!”


Bunu ekspert Əkrəm Həsənov deyib.


“Heç olmasa düzgün utanmağı və evə qayıdıb əməllərinə görə mənəvi məsuliyyət daşımağı bacarırdılar…” – ekspert əlavə edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …