Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Deputat sığorta şirkətini “topa tutdu”: “Fırıldaqçılıqla məşğuldur”

Deputat sığorta şirkətini “topa tutdu”: “Fırıldaqçılıqla məşğuldur”

““Xalq sığorta” fırıldaqçılıqla məşğuldur. Göyçay filialı maşını vurulmuş İsmayıllı sakini Ağayev Sahab Gülsahab oğlu adlı vətəndaşa qaynar xəttdə (182 nömrəli) 1020 manat veriləcəyini demişlər. Adama 055 205 73 15 nömrəli telefonu əlaqə üçün SMS-də göndərirlər, bu nömrə də cavab vermir. Həm də bu rəqəm hər iki tərəfə yarıbayarı ödənməlidir. Ay yarım keçib, yoxsul vətəndaş yüz dəfə kontur işlədib zəng edəndən sonra bildiriblər ki, veriləsi rəqəm 500 manatdır. Vətəndaş etiraz edib. Qaldırıblar 700 manata…”.

Bunu deputat Fazil Mustafa bildirib.

“Cəmi 350 manat almalıdır, adama hesab da açdırıblar, onu da ödəmirlər. Dövlətin düşmənləri belələridir. Vətəndaş maşın sürə bilmir ki, təmirə ehtiyacı var. Görünür,  o 350 manatdan da umacaqları var. Bu başdan-ayağa özbaşınalıqdır. Görün hər gün  minlərlə vətəndaşı necə bezar edirlər” – F.Mustafa qeyd edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …