Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Daşınmaz əmlakın sığortası necə tətbiq edilməlidir – RƏY

Daşınmaz əmlakın sığortası necə tətbiq edilməlidir – RƏY

“Hesab edirəm ki, daşınmaz əmlakın icbari sığortası məsələsi düzgün deyil”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirib ki, heç bir yerdə sığortanın bu növü icbari deyil və könüllüdür:

“Elə buna görə də səkkiz ildir ki, bunu vətəndaşlardan tələb etmirlər. Cəmiyyətdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı yaranan ajiotaj bəzi sığorta şirkətlərinin oyunu idi. Dövlət bunun icbariliyinin doğru olmadığını dolayısı ilə etiraf edir. Milli Məclisin yeni tərkibi bu sığorta növünün icbariliyini ləğv etməlidir. Eyni zamanda daşınmaz əmlakın üçüncü şəxslər tərəfindən istismarı nəticəsində vurulan zərərin sığortasının icbariliyinə baxmaq olar”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …