Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / “Barselona” Semedonu 50 milyon avroya satır

“Barselona” Semedonu 50 milyon avroya satır

“Barselona” klubunun rəhbərliyi bu yay Nelson Semedo ilə yollarını ayırmağı düşünür.

Bu barədə “Sport.es” məlumat yayıb.

Qeyd olunub ki, klub portuqaliyalı müdafiəçi hesabına 50 milyon avro qazanmaq istəyir.

Belə ki, “Barselona” klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb.

Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini söyləyib.

Semedo “Barselona”ya 2017-ci ildə transfer edilib və müqavilənin müddəti 30 iyuna qədərdir.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …