Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Daha bir rayona sürət qatarı olacaq

Daha bir rayona sürət qatarı olacaq

Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq. 
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub.
“Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub.
Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir. 2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır”, – deyə C.Qurbanov vurğulayıb. (oxu.az)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …