Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bu gün DİM 9 və 11-ci siniflər üçün imtahan keçirir

Bu gün DİM 9 və 11-ci siniflər üçün imtahan keçirir

Bu gün 9 və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirilir.

Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …