Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun” – Şeyxin qudası

“Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun” – Şeyxin qudası

Sabiq deputat Qalib Salahzadə bu il Həcc ziyarətinə ayrılacaq vəsaitin Türkiyəyə yardım üçün göndərilməsi təklifinə münasibət bildirib.

Q.Salahzadə Pravda.az-a müsahibəsində deyib ki, zəlzələ də, Həcc ziyarəti də Allahın işidir.

“Mən Allahın işinə qarışa bilmərəm. Allah özü nə məsləhət bilirsə, onu edir. Allah bilən məsləhətdir. Həcc ziyarətinə kim istəsə, gedə bilir bəyəm? Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun. Eynilə zəlzələ də… Bir neçə saat əvvəl Türkiyədə dağıntılar altında bir nəfər də sağ çıxdı. Yəni hamısı Allahın işidir. Mən Allah deyənlə razıyam. Nə deyə bilərəm?”, – Q.Salahzadə qeyd edib.

Xatırladaq ki, Qalib Salahzadə özü 32 dəfə Həcc ziyarətinə gedib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …