Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır” – Rza Pəhləvi

“Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır” – Rza Pəhləvi

“İran rejimi beynəlxalq qanunlara məhəl qoymur. Tehrandakı Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır”.

Bu fikirləri İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi REAL TV-yə müsahibəsində yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumundan danışarkən deyib.

Rza Pəhləvi, həmçinin İrandakı cari siyasi vəziyyətdən danışıb:

“Bu, əslində inqilabdır. Dünyada azadlığı sevən bütün insanlar tərəfindən bu proses alqışlanır, dəstəklənir. Azərbaycan səfirliyinə edilən hücuma gəldikdə isə, İran rejimi beynəlxalq qanunlara üz çevirib, onlara əhəmiyyət vermir. Bu hücumun başqa adı yoxdur. Onlar istənilən qanuna üz çevirirlər”.

Pəhləvi bildirib ki, İranda gedən proseslər bu ölkəni azad ölkəyə çevirə bilər.

“İran ərazisində yaşayan hər bir şəxs Cənubi Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”, – şahın oğlu qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunublar. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …