Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bakıda yol polisi belə qəza şəraiti yaratdı (VİDEO)

Bakıda yol polisi belə qəza şəraiti yaratdı (VİDEO)

Bəzən YPX əməkdaşları patrul avtomobillərini yolun hərəkət hissəsində saxlayıb xidmət aparırlar. Bu isə bəzən qəzalara səbəb ola bilir.
Belə ki, Heydər Əliyev prospektinin sonunda sağ zolaqla Şah İsmayıl Xətai küçəsinə (Təhsil Nazirliyi tərəfə) dönəndə yolun sağ hərəkət hissəsində dayanan 99 YP 428 dövlət nömrə nişanlı patrul avtomobili hərəkət hissəsini tutub. Özü də avtomobil elə yerdə dayanıb ki, yola girişdə görünmür və qəfildən qarşıya çıxır. YPX əməkdaşı isə yolun sol zolağında dayanaraq xidmət aparır.
Maraqlıdır ki, patrul avtomobilinin dayandığı yerdən bir neçə metr sonra təhlükəsizlik adacığı var. Yəqin ki, DYP rəhbərliyi bölgü apararkən bunu nəzərə alacaq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …