Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıda ilk dəfə uşaq müziklı keçirildi – FOTOLAR

Bakıda ilk dəfə uşaq müziklı keçirildi – FOTOLAR

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası keçirilib.

Musavat.com xəbər verir ki, premyera Heydər Əliyev Sarayında baş tutub.

Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Əməkdar artistləri Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor-müğənnilər çıxış edib.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa etdiyi bənzərsiz muzkl təkcə balacaların deyil, böyüklərin də ürəyincə olub.

Azərbaycanın tarixində ilk dəfə keçirilən uşaq müziklı alqışlarla sona çatıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …