Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bakıda hərbi parad olacaq?

Bakıda hərbi parad olacaq?

Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılmaqdadır. Lakin hələlik bununla bağlı rəsmi məlumat verilməyib.

Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin ilk ildönümü, təbii ki, tarixi bir hadisədir: “Mən Qələbənin ilk ildönümünün hərbi paradla qeyd olunacağını düşünürdüm. Lakin hələ də hərbi paradın keçiriləcəyinə dair real siqnallar, bu barədə təsdiqlənən və ya təsdiqlənməyən məlumatlar mövcud deyil.

Düşünürəm ki, ölkə səviyyəsində hərbi parad keçirilməsə belə, güc strukturlarının birlik, hissə və bölmələrində bu möhtəşəm hadisənin qeyd edilməsi üçün tədbirlər planı artıq hazırlanıb və təsdiq də olunub.

Təsdiqlənən tədbirlər planına uyğun olaraq həm Azərbaycan Silahlı Qüvvələrinin bütün vahidlərində, həm də bütün dövlət strukturlarında Zəfərimizin ilk ildönümünə həsr olunan təntənəli tədbirlər mütləq şəkildə keçiriləcək”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …