Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bəhram Bağırzadə: “Sizi heç kim tanımır və heç yerə çağırmırlar”

Bəhram Bağırzadə: “Sizi heç kim tanımır və heç yerə çağırmırlar”

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə ünvanına tənqidi şərh yazan izləyicilərinə səslənib.

Bəhram Bağırzadə İnstaqram hesabında bu sözləri qeyd edib:

“Mənə nifrət edən, amma paylaşımlarımın altına şərh yazan axmaqlara və sado-mazoxistlərə xeyirli gün arzu edəcəm. Uşaqlar, başqalarının komplekslərini müşahidə etməyin mənim üçün nə qədər maraqlı olduğunu bilsəydiniz, mənə yazmağı dayandırardınız. Ancaq dayanmayın, balıqçı üçün qıvrılan qurdları seyr etməkdən daha ləzzətli bir şey yoxdur.

Bəli, mən merin yanında oldum. Bəli, onunla danışdım. Xeyr, mən oranı vəzifəsiz, nazir portfelisiz və çoxlu pulun olduğu mənzilin açarları olmadan tərk etdim. Çünki başqalarından fərqli olaraq mən heç vaxt heç nə istəmirəm – mən təklif edirəm. Fikir və layihələr, düşüncə və planlar təklif edirəm. Eyni hərəkəti etməyinizə nə mane olur? Ah, bəli. Sizi heç kim tanımır və heç yerə çağırmırlar.

Bəs, bu haqda niyə düşünmüsünüz? Sonra isə kreslodan beşinci nöqtənizi qaldırın və eviniz, həyətiniz, şəhəriniz üçün faydalı bir şey edin.

Amma yox, mən nədən danışıram? Bu cür cəfəngiyat üçün sizin vaxtınız yoxdur, axı. Əks halda siz olmasanız sosial şəbəkələri kim zibilləyəcək?! Şəhər isə sizsiz də keçinər. Sizi narahat etməyim, çünki çirkabda da kimsə qurdalanmalıdır. Hamınıza xoş gün diləyirəm”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …