Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Az adamlara nəsib olur ki, bir sözlə, baxışla bir-birilərini anlasınlar”

“Az adamlara nəsib olur ki, bir sözlə, baxışla bir-birilərini anlasınlar”

Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da bu gün 74 yaşı tamam olan tanınmış şair Zakir Fəxrini təbrik edib: 

“Zakir Fəxri mənim qədim və sədaqətli dostlarımdan biridir. Onların da sayı təəssüf ki, get-gedə azalır. Biz bir-birimizi bir kəlmə sözlə başa düşə bilən adamlarıq. Bu da həyat boyu qazanılmış bir şansdır. Az adamlara nəsib olur ki, bir sözlə, baxışla bir-birilərini anlasınlar, başa düşsünlər. Bax Zakir Fəxri baxış dostudur. Bir baxışla bir-birimizə baxarıq və anlayarıq. Bu dostluğu heç nəylə sındırmaq, məhv etmək mümkün deyil, bu, əbədi, tale dostluğudur. Zakir Fəxri bizim gözəl şairimizdir, ədəbiyyatçımızdır, filoloqumuzdur. İşlədiyi hər yerdə, Tərcümə Mərkəzində, Azərbaycan Yazıçılar Birliyində, müxtəlif jurnallarda yeni ruh gətirmiş bir insandır. Ora öz nəfəsini, ruhunu, doğma torpağının abu-havasını gətimiş insandır. Ona görə də onun ətrafı həmişə sədaqətli dostlarıyla dolu, əhatəli olur. Zakir Fəxrini görəndə sevinirsən ki, deməli, onunla keçirəcəyin bir-iki saat gözəl və mənalı olacaq. Mən ona can sağlığı, könül xoşluğu arzulayıram. Ən əsası könül xoşluğudur. İnanıram ki, Zakir Fəxri başına gələn bütün əzab-əziyyətlərə baxmayaraq bunların hamısının öhdəsindən gələcək və dostları üçün ən azından gözəl şəkildə yaşamağına davam edəcək”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …