Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?

Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?

Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənovun müsabiqə yolu ilə Instagram izləyicilərindən birinə hədiyyə verdiyi “Gelandewagen” avtomobilinin vaxtilə müxtəlif qəzalarda olduğu ortaya çıxıb. 

Avtokod” nəşri maşının dövlət nömrə nişanı ilə müəyyn edib ki, altı il ərzində avtomobilin üç sahibi olub, yürüşü isə 110 min kilometrdən çoxdur. 

Bildirilir ki, avtomobil üç dəfə qəzaya düşüb. Həmçinin avtomobilin cərimələri var. 

Nəşr iddia edir ki, müsabiqə Həsənov üçün problemi və cərimələri olan avtomobildən qurtulmaq, həm də durumu piar naminə istifadə etmək üçün bir vasitə olub. 

Yobajur nəşri isə bildirir ki, avtomobil artıq saytların birinin vasitəsi ilə satışa çıxarılıb. Lakin hələlik onun tapmaq mümkün olmayıb. 

Xatırladaq ki, avtomobil ukraynalı Anastasiya Xavrutskaya qismət olub. Müsabiqənin digər iştirakçıları A. Xavrutskayanın qələbəsinə şübhə ilə yanaşıblar. Sosial şəbəkələrdə müsabiqə nəticələrinin saxtalaşdırılması yollarının müzakirə olunduğu yazışmalar yayılıb. Bloqer Həsənov isə bu yazışmaları yayan şəxsləri fırıldaqçı adlandırıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …