Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yeniyetməni təhqir edən şəxs polisə çağırıldı – RƏSMİ (VİDEO)

Azərbaycanda yeniyetməni təhqir edən şəxs polisə çağırıldı – RƏSMİ (VİDEO)

Azərbaycanda yeniyetməyə sillə vurub, təhqir edən şəxs polis bölməsinə çağırılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı həmin yeniyetmənin atası Bərdə rayon Polis Şöbəsinə müraciət edib. Aparılan araşdırma zamanı yeniyetmənin öz qonşuluqlarında yaşayan ailə barədə qeyri-etik sözlər işlətdiyi müəyyiənləşib. Həmin anı videoya çəkən şəxs də azyaşlını bu formada təhqir edib. Hazırda faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …