Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

2017-ci ildə 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 şəhadətnamə verilib.
Trend-in məlumatına görə, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 31 şəhadətnamə verilib.
Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd olunur ki, bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …