Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda otellərdə ən çox kimlər qalır? – Siyahı

Azərbaycanda otellərdə ən çox kimlər qalır? – Siyahı

Bu ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olub.
Gecələmələrin ümumi sayının 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,0 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, 1,1 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 0,9 faizi Şuşada, 0,9 faizi Şamaxıda, 0,7 faizi Şəkidə, 0,6 faizi Qaxda və 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olub ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Rusiya, 9,5 faizi Türkiyə, 8,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Hindistan, 5,7 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Küveyt, 3,5 faizi Böyük Britaniya, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Gürcüstan, 2,6 faizi Pakistan, 2,3 faizi ABŞ, 2,2 faizi İsrail, 1,6 faizi Belarus, 1,4 faizi Almaniya, 1,4 faizi Özbəkistan, 1,2 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Ukrayna, 0,9 faizi Çin, 0,9 faizi İtaliya, 0,7 faizi Fransa, 0,6 faizi Oman, 0,5 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 faizi Bakıda, 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240 min olub ki, bu da ümumi gecələmələrin 43,7 faizini təşkil edir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …