Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ilk dəfə pivə bayramı keçiriləcək

Azərbaycanda ilk dəfə pivə bayramı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq 22 və 23 oktyabr tarixlərində möhtəşəm “Oktoberfest” pivə bayramı keçiriləcək.

Belə ki, pivə bayramı Nizami küç.90 A ünvanda yerləşən Landmark biznes və hotel kompleksinin “Rotunda Hall” zalında baş tutacaq.
”Oktoberfest” pivə bayramı Landmark şirkəti, Yaban Restoranlar şəbəkəsi, Efes Anadolu şirkəti, RDC qrup, Rusiyanın “MPK” Jiquli pivə şirkəti, Salyan Pivə zavodu və Avropanın məşhur pivə şirkətlərinin birgə əməkdaşlığı ilə təşkil edilir. Pivə bayramında Efes, Jiguli, Erdinger, Hofbrau, Franziskaner, Weihenstephan, Stella Artois, Hoegaarden, Blanche de Bruxelles, Prazacka, Budweiser Budvar, Benediktiner, Bitburger kimi dunya pivə markaları çəlləklərdən süzülərək, qonaqlara təqdim olunacaq.
Azərbaycanın yerli pivə brendi kimi isə Salyan pivə zavodunun “Brewel” pivə çeşidləri qonaqlara təqdim olunacaq. Tədbirdə həmçinin, müxtəlif ölkələrin alkoqolsuz pivə çeşidləri də sərgilənəcək. Bu cür tədbir ölkəmizdə ilk dəfə baş tutacaq.“YABAN Pub & Restaurant” tədbirə gələn qonaqları öz dadlı yemək və pivə çərəzləri ilə şad edəcək.
“Oktoberfest Baku” möhtəşəm pivə bayramı 22 oktyabr tarixində saat 15:00–dan 01:30-dək, 23 oktyabr tarixində isə 15:00 –dan 24:00 – dək qonaqların gözəl gün keçirməsinə şərait yaradacaq.Nəzərinizə çatdıraq ki, tədbirə giriş pulsuzdur!

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …