Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Deputat Mahir Abbaszadənin adı 500 min manatlıq rüşvət qalmaqalında hallanır

Deputat Mahir Abbaszadənin adı 500 min manatlıq rüşvət qalmaqalında hallanır

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə heç vaxt tikinti işi ilə məşğul olmayan bir iş adamından 500 min manat rüşvət alıb.

O, iş adamını inandırıb ki, “Qaçqınkom”un Sumqayıtda yerləşən binalarını tiksə, çoxlu pul qazanacaq. Bunun üçün öncə həmin iş adamından “şirinlik” kimi 500 min manat alıb, daha sonra onu tenderin qalibi edib.

M.Abbaszadə bir müddət sonra tikinti gedən əraziyə yoxlama göndərib, işin düzgün aparılmadığını bildirib və tikintini davam etdirmək üçün işi alıb başqasına verib.

İndi həmin iş adamı boğazına qədər borcun içindədir, həbsin bir addımlığındadır.

Bu insanlarda zərrə qədər də vicdan yoxdur? Öncə adama tender vermək üçün 500 min manat rüşvət al, daha sonra yoxlama göndər, işi başqasına ver, həmin adam borcun içində boğulsun (materialların pulu), indi də həbs etdirməyə çalış!

Öncə adamdan aldığın rüşvəti qaytar, daha sonra dövlət orqanları araşdırsın görək, heç bir tikinti təcrübəsi olmayan bir adama bina tikməyi daha hansı səbəblərə görə həvalə etmisən… Bu işdə sənə “makler”lik edən Dəmir Abdullayevlə birlikdə daha hansı qanunsuz əməllərə imza atmısan!?

Ölkədə xeyli sayda quldur şəbəkələr var və hamısının da başında deputatlar və məmurlar dayanır. Belələrinin ucbatından xeyli sayda iş adamı talanıb, ailə üzvləri təqib olunub, hər şeyləri əllərindən alınıb və daha sonra Azərbaycandan köçüb gedərək xaricdə müxtəlif proseslərə qoşulublar. Sonda isə zərbə yenə də dövlətə dəyib.

M.Abbaszadənin qanunsuz əməlləri ucbatından məhv olan bu ailənin başına gətirilən oyunları detalları yazacam. Dəhşətə gələcəksiniz…

Samir Feyruzov

P. S. Səslənən iddia ilə bağlı millət vəkili Mahir Abbaszadənin də fikirlərinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …