Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda Aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq – VİDEO

Azərbaycanda Aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq – VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti Aprel döyüşlərindən bəhs edən “4 gün” adlı serial yayımlayacaq.

Şirkət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, ssenarisinin Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında qələmə alındığı “4 gün” adlı ekran işinin çəkilişləri döyüşlərin baş verdiyi ərazilərdə aparılır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …