Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü

Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində yerli “Pervaya Sovetskaya” adlı qəzetin baş redaktoru  Olesya Şarnina yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda qəzetin saytında yerləşdirilmiş məlumatda deyilir.

“Kollektivimizə böyük bədbəxtlik üz verib. “Pervaya Sovetskaya” qəzetinin baş redaktoru Olesya Şarnina faciəli şəkildə həlak olub. Dərk edilməsi, qəbul olunması və başa düşülməsi mümkün olmayan faciədir. Olesya gözəl dost, əsl peşəkar, hamının köməyinə can atan adam idi”,-redaksiya kollektivi bildirir.

Məlumata görə, 38 yaşlı baş redaktorun üç uşağı yetim qalıb. Onu vuran sürücünü saxlayıblar. Sürücü 29 yaşlı Azərbaycan vətəndaşıdır, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Barəsində müvafiq maddə ilə cinayət işi qaldırılıb. Şarninanın avqustun 5-də dəfn ediləcəyi bildiirlir.

Qəza avqustun 1-də, vilayətin inzibati mərkəzi olan Yuqra şəhərində baş verib, Azərbaycan vətəndaşı idarə etdiyi “Hyundai” avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək piyada səkisinə çıxıb və  baş redaktoru vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Şəhər dövlət avtomobil müfəttişliyinin yaydığı məlumatda deyilir ki, qəzanı törədən Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi olmayıb, o, ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və avtomobili səkiyə çırpıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …