Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

“Azərbaycanda ortaq universitet yaradılmasını planlaşdırırıq. Bu universitet Türkiyənin ən nüfuzlu universitetləri ilə əlaqədə olaraq inkişaf edəcək”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi İqtisadiyyat Forumunda (UEF Baku 2021) iştirak edən Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.

Erol Özvar Azərbaycanla ortaq universitetin yaradılması üzərində işə başladıqlarını bildirib.

“İki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq. Belə bir model, bəlkə də, dünyada var. Bu ali təhsil müəssisəsi yeni modellə həyata keçiriləcək”, – Özvar əlavə edib.

Ali Təhsil Şurasının sədri qeyd edib ki, universitetin yaradılması planı iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …