Praqada mühacirət həyatı yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri
Mətanət Əzizova AXCP sədri Əli Kərimliyə müraciət edib. Özünün facebook
hesabında paylaşdığı müraciətdə M.Əzizova AXCP sədrinə “tulalarını
yığışdır” deyə sərt tonda xitab edib.
Musavat.com M.Əzizovanın müraciətini olduğu kimi təqdim edir:
“Əli Kərimliyə müraciətim:
Salam
Əli bəy, ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm
ki, bu belədir . Amma deyəsən partiyada işlər pis gedir, yoxsa sizin
partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər,
təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə , anama
yox, partiya işlərinə başları qarışmalı idi. Və istər-istəməz sual
yaranır : Niyə siz öz aktivistlərinizə bir trening və ya maarifləndirmə
işləri aparmırsınız, başa salmırsız ki, virtual məkanda özlərini bu cur
aparmaq olmaz! Əgər bir insan real həyatda təhqir, şər, böhtanla
məşğuldursa adətən qanun qarşısında cavab verir. Virtual həyatda bu
vasitələr olmadığı üçün , sizdən xahiş edirem öz tulalarınızı (üzrlü
sayın, onları ayrı cür adlandıra bilmirəm ) yığışdırın. Bir dəfəlik
onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın
adına ləkədir, başa salın ki, insan vicdansızlıq etməməlidir, insan
yalan danışmamalıdır. QHT-dən əvvəl (1990-cı illərin axırı) mən cəbhənin
aktiv fəallarından idim və o zaman cəbhəçilər belə deyildilər.
Bir-birimizə hörmət var idi, insanlıq var idi, əsl siyasət var idi.
Partiyada təsadüf insanlar yox idi. İndi isə nə oldu? Partiya niyə
“kuxna” söhbətlərinin məkanına çevirildi, niyə aktivistlər bazar
adamlarına döndü? Niyə cəbhə deyərkən bu gün ancaq bəzi aktivistlərin
təhqirləri yada düşür ? Bir az bu haqda zəhmət olmasa düşünün. Bir də
xahiş edirem o tulalara başa salın ki, FB-da partiya işləri ilə məşğul
olsunlar, mənim və anam haqında təhqirlərə yol verməsinlər. Ümid edirəm
ki, ədalət prinsipləri sizin üçün üstün olub bu məsələni bir dəfəlik
həll edəcəksiniz. Üzr zad istəmirəm, gözlərinə girsin, amma ən azından
təhqir edici rəylərini silsinlər.
Öncədən təşəkkür edirəm “
Həmçinin oxuyun
Yeni Klinikada nə baş verir?
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …