Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək – RƏSMİ

Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək – RƏSMİ

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq:

“Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçirilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …