Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Araz Əlizadə İqbal Ağazadəni təhqir etdi: “Adam bu qədər həyasız olmaz”

Araz Əlizadə İqbal Ağazadəni təhqir etdi: “Adam bu qədər həyasız olmaz”

ASDP sədri Araz Əlizadə parlament seçkilərindəki “qələbəsindən” danışıb və rəqibi İqbal Ağazadəni təhqir edib. O, Ölkə.az-a açıqlamasında deyib:

“Hər hürən itə sümük atmıram. Hara müraciət edir, etsin. Kişi uduzmağı bacarmalıdır. Həmin komissiyaların iştirakı ilə İqbal Ağazadə 3 dəfə mandat qazanıb. indi uduzub deyə, saxtakarlıqdan danışır? Zəvzəkləyir də özü üçün. İqbal Ağazadənin ən böyük səhvi o idi ki, üçüncü dəfə deputat seçiləndən sonra seçiciləri yox, özünü və ailəsini düşündü. Buna görə də, seçicilərlə görüşmək istəyəndə, seçicilər ondan üz döndərdilər. Adam elə bildi ki, 90-ci illərdi, bu da oliqarxdı. Səlahiyyətli nümayəndəm olan gənc qadının evinə gədə-güdə göndərdi. Sonra biz hüquq-mühafizə orqanlarına müraicət etdik, o adamı tutdular. Ardınca DSK-ya Eynulla Fətullayevin imzası ilə saxta məktub təqdim etdi. Eynullanın dəst-xətti bizə məlumdur, onu da prokurorluğa vermişik. Adam bu qədər həyasız olmaz”.

Qeyd edək ki, İqbal Ağazadə və Araz Əlizadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Milli Məclis üzvlüyü uğrunda mübarizə aparırdılar. Rəsmi nəticələrə görə, Araz Əlizadə İqbal Ağazadəyə qalib gəlir.

Qeyd edək ki, İqbal Ağazadə də qalib gəldiyini, əlində bunu sübut edən protokollar olduğunu bildirib. “Əlimizdə on beş məntəqənin protokolu var. On beş məntəqənin protokoluna görə 4400 səs mən qazanmışam, 160 səs Araz Əlizadə. Şikayətimiz olacaq. Çünki bu fantastik bir şeydir”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın