Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Aprel şəhidi Emin Bağırovun ad günüdür – VİDEO

Aprel şəhidi Emin Bağırovun ad günüdür – VİDEO

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Emin Bağırovun doğum günüdür.
E.Bağırov yaşasaydı, 22 yaşını qeyd edəcəkdi.

Qeyd edək ki, Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqanrayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.

XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalıilə təltif edilib.





Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …