Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Mehman Muradlı:  “Taleh Bağırzadə dövlətinə xəyanət edir, onun maraqlırını digər dövlətə satır”

Mehman Muradlı:  “Taleh Bağırzadə dövlətinə xəyanət edir, onun maraqlırını digər dövlətə satır”

“İnformasiyalı Cəmiyyət Uğrunda” İctima Birliyinin sədri, tanınmış hüquqşunas Mehman Muradlı Nardaran hadisələrinin baş verməsindən əvvəl “Cumhirriyyət” qəzetinə müsahibə verib. Azinforum.az Mehman bəyin səsləndirdiyi fikirlərin bu gün üçün də aktual olduğunu nəzərə alaraq, həmin müsahibəni təqdim edir:

– Sabunçuda polislər dindarlar arasında qarşıdurma baş verdi. Məsələni necə qiymətləndirirsiniz, sizcə, bu nəyin mesajıdır?

Əgər sənin hüquqların mənim hüququmun pozulması hesabına realizə olunursa bu, artıq sənin hüququn yox, hüquqpozmandı. başqa vaxtı mənim inancım deyə bağırsız. bəs digərilərinin hüquqları necə olsun? Dünən gecə Sabunçu rayon Polis idarəsinin qarşısında baş verən məsələdə İran dəsti xətti açıq aydın görsənir. “Müsəlmanlar Birliyi Hərəkatı” deyilən bir siyasi cərəyanın sədri əgər hüquq-mühafizə orqanlarıyla bəyanat və hədə-qorxu diliylə danışırsa deməli burada artıq 3-cü qüvvənin real müdaxiləsindən söhbət gedir. Polis istənilən vətəndaşı idarəyə apar da bilər, sorğu-sual da. Taleh Bağırzadə tərəfindən bu məsələni şişirdib polisə aparılan şəxsin dərhal azad edilməsini tələb etməyi mən, bir hüquqşunas kimi bunu iğtişaş törətməyə çağırış kimi qiymətləndirirəm.

– Bildirirsiz ki, ilahiyyatçı Taleh Bağırzadə insanları açıq formada iğtişaşlara səslədi. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

İlahiyyatçı sözünü qəbul etmirəm. Adam özünə din alimi deyir. Nə tarixə nə də ki, dövlət hüquq nəzəriyyəsindən mühazirə oxuyub vaxtınızı almaq istəmirəm. Adam irandan Azərbaycana gələn hansısa bir dövlət məmurunun əlinə öpüb və yaşadığı dövlətdən ona şikayət edirsə, bunu deməyə əsas verir ki, Taleh Bağırzadə dövlətinə xəyanət edir, onun maraqlırını digər dövlətə satır.  Konkret olaraq Taleh Bağırzadənin açıq aşkar iğtişaşa çağırışla bağlı mövqeyimi bildirmək istəyirəm. Cinayət qanunvericiliyimizdə bu əməl cinayət olmasını nəzərdə tutan maddə var. Taleh Bağırzadənin hərəkəti cinayət qanunvericiliyinin 220.2-ci maddəsinin təsiri altına düşür. Hesab edirəm ki, Respublika Prokurorluğu bu məsələyə qiymət verəcək və Taleh Bağırzadə haqda qanunvericiliyin tələbinə əsasən müvafiq işlər görəcək.

– Sekulyar cəmiyyət üçün hansı təhlükələr var?

Müəyyən təhlükələr var. Amma hesab etmirəm ki, vəziyyət o qədər pisdi. Son neçə ildə cəmiyyətdə bəzi boşluqların olması sekulyar cəmiyyətə müəyyən təhlükələrin yaranmasına şərait yaratdı. Bu boşluqdan isə bu cür başıpozuq, dövlətin konstitusyon quruluşunu dəyişmək istəyən dindarlar meydana gəldi. Əlbəttə ki, bu adamlar Azərbaycanın müstəqilliyini sarsıtmaq istəyən müəyyən dairələrin təsiri altındadı. İllərdi MTN-in dövlətin təhlükəsizliyi məsələsinə biganə yanaşması bu problemləri bir az da qabartdı.

– İnsanların dinə və dinlə bağlı müxtəlif cərəyanlara, təriqətlərə maraq göstərməsi nədən qaynaqlanan problemdir?

Dinin cəmiyyətdə rolu böyükdü. Bunu inkar etmək olmaz. Lakin dinlərdə olan müxtəlif cərəyanlar, təriqətlər asan pul qazanmaq istəyən maraqlı tərəflər dini əllərində təzyiq vasitəsi kimi saxlayırlar. Sosial problemlərin çoxalması, qanunsuzluğun hökm sürdüyü və yaxud qanunların zəif işlədiyi cəmiyyətlərdə bu cür ekstremist əhval-ruhiyyəli məzhəb və təriqətlər çox asanlıqla müdaxilə edə bilirlər. Əgər bu gün insanlar banklara olan borcları işləyib ödəyə bilmirsə əlbəttə alternativ pul mənbələri axtaracaqlar. Əgər bu gün məhkəmələrin çıxardığı qərarların arxasında rüşvət dayanırsa insanlar əlbəttə alternativ yollar axtaracaq. Bu həmin insanlardı ki, sekulyar cəmiyyətin inkişafında maraqlı olanlar idi. Lakin bu günkü vəziyyət həmin insanları dinə yaxınlaşmağa, dinə pənah yeri kimi baxmağa itələyir. Bunun qarşısı mütləq alınmalıdı. Hələki vəziyyət bir o qədər də pis deyil. Bunun qarşısını almaq üçün hakimiyyətin əlləndə vaxt və imkan var. Sonra gec ola bilər.

– Bakıda İranla bağlı müəssisələrin artmasının səbəbi nədir? Məsələn, şəhərdə İrana aid səhiyyə müəssisələri, marketlər, meyvə-tərəvəz, dini dükanların, ədviyyat dükanlarının sayı kifayət qədərdir.

İran iş adamları Azərbaycanda nəinki qida və səhiyyə sektorunda hətta tikinti sektorunda da müəyyən payları var. İranın Azərbaycanda maraqları heç kimə gizli deyil və onlar bunu açıq həm özləri həm də buradakı əlaltıları vasitəsiylə deyillər. Bu maraqlar xoş niyyətə xidmət etmir. İran xüsusi xidmət orqanlarının Bakıda törətdikləri qətllər heç kimin yadından çıxmayıb. Akademik Ziya Bünyadovun qətli. Məhkəmədə bu sübuta yetirildi. 3 il əvvəl yazıçı Rafiq Tağının qətli. Ayatullah Fazil Lənkəranin Rafiq Tağının ölümüylə bağlı fətvası Rafiq Tağı öldürüləndən sonra Fazil Lənkəranin oğlunun “atamın fətvasını həyata keçirənlərin yeri cənətləkdi” kimi verdiyi açıqlama onların məkirli niyyətlərinə bir başa subutdu. İran xüsusi xidmət orqanları öz xəfiyyə şəbəkəsini bu “tacirlərin” vasitəsiylə realizə edirlər.

– Sizcə, İslama aid məzhəblər arasında ən doğrusu hansıdır? İnsanlar arasında müxtıəlif fikirlər var və cəmiyyətdə bu istiqamətdə bölünmə gedir.

Müsəlmanların peyğəmbəri Məhəmmədin bir hədisi var. O deyir ki, Yəhudilər 71 firqəyə (təriqətə) bölündü, Xristianlar 72 təriqətə. Ümmətim isə 73 təriqətə bölünəcək. Biri xaricində hamısı atəşdə olacaq. Xilas olan təriqət mənim və səhabələrimin yolundan gedənlərdir. Bunu müəyyən etmək ki, hansı daha doğrudu mümkün deyil. Çünki adlarını din alimi qoyan şəxslər qurandan da, hədislərdən də misallar gətirməklə özlərini dində ən doğru olan sayırlar.
Təriqətlərin belə surətlə inkişaf etməyinin arxasında teokratik ölkərin və ayrı-ayrı şəxslərin biznes marağı durur. Bu gün həcc ziyarəti böyük bir biznesə çevrilib. Hər il 3 milyondan çox müsəlman həcc ziyarətinə gedir. Gedənlərin də böyük əksəriyyəti “həm ziyarət, həm ticarət” prizmasında məsələyə yanaşır. Nəzərə alsaq ki, bir milyarda yaxın insan islam dininə iman gətiriblər, o halda xırda hesablama aparsaq bu işin nə qədər xeyirli sahə olduğunu hesablamaq o qədər də çətin olmaz. Sizə bir misal deyim. 100 il əvvələ kimi şəkər tozu və qənd haram sayılırdı. O vaxtkı biznesmenlərdən biri fətva verən dindardan şəkər tozunun haram sayılmaması haqqında fətva verməyini istəyir. Fətva verilir ki, şəkər tozu haram deyil. O gündən sonra müsəlmanlar arasında şəkər tozu haram sayılmır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın