Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “20 Yanvar” metrosunun keçidi bağlandı – Nə baş verir?

“20 Yanvar” metrosunun keçidi bağlandı – Nə baş verir?

Bakı metrosunun “20 Yanvar” stansiyasının keçidlərindən biri bağlanıb.
Stansiyanın “Azərsu” ASC istiqamətindəki çıxışı məlum olmayan səbəbdən bağlanıb, əraziyə polis və FHN əməkdaşları cəlb olunub.

Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədovla AzVision.az-a bildirib ki, bağlanan keçid qurumun balansında deyil.

““Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …