Mehriban Zeynalova ilə Seymur Verdizadə musavat.com -un Facebook səhifəsinin canlı yayınında bu dəhşətli qalmaqalla bağlı suallara cavab verəcəklər
Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə son günlərin ən qalmaqallı mövzularından biri müzakirə ediləcək. 14 yaşlı qızı otelə aparıb zorlayan məmur oğlu və bunun yaratdığı səs-küy “Təmiz Dünya” Təşkilatının rəhbəri Mehriban Zeynalova və jurnalist Seymur Verdizadənin fikir mübadiləsi ilə izləyicilərə təqdim ediləcək. Kim daha çox günahkardır: azyaşlı ilə münasibət quran, buna imkan verən otel rəhbərliyi, uşağını nəzarətdən kənarda qoyan valideynlər?
Bu gün saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.
Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.
Facebook səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/
Musavat.com