Ümumilikdə 12 dövlət orqanında 65 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş ümumi müsahibə davam edir.
Azinforum.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 28-i saat 11:45-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 13 nəfər uğur qazanıb.
Onlardan 9-u Maliyyə Nazirliyində, 2-si Milli Arxiv İdarəsində, 2 nəfər isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 2-də yekunlaşıb və 183 nəfərin müraciəti qeydə alınıb. Sentyabrın 23-də başlanan ümumi müsahibə noyabrın 15-də başa çatacaq.