Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Əxlaq polisinin təsisatından sonra, gərək, fahişəxanalar da təsis edilsin” – Mehriban Zeynalova

“Əxlaq polisinin təsisatından sonra, gərək, fahişəxanalar da təsis edilsin” – Mehriban Zeynalova

“Əxlaq məsələsinə birmənalı qadın obrazında baxanda təbii ki, əxlaq polisinin olmasına kimlərsə ehtiyac duyur”.

Bunu Yenisabah.az-a “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi” nin sədri Mehriban Zeynalova deputat Tahir Kərimlinin vətəndaşların şortik geyinməsindən çıxış edərək, Azərbaycanda əxlaq polisinin təsisinin vacib olduğuna dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, əxlaq polisinin olması vəziyyətin kritikliyinin nəticəsi deməkdir:

“Əxlaq polisinin olması Azərbaycan üçün fərqli fikir formalaşdıra bilər. Hər halda, əxlaq polisinin olması vəziyyətin kritikliyinin nəticəsinin göstəricisidir. Hər kəs öz əxlaqı qarşısında özünə cavab verməyi bacarmalıdır. Hər kəsin öz vicdanı, nüfuzu və cəmiyyət qarşısında borcu müqabilində övladlarına, valideynlərinə, ətrafına, ictimaiyyətin gözü qarşısında özünün normalarına, davranışına diqqət yetirməli olduğundan danışmalıyıq. Mən düşünmürəm ki, əxlaq polisinin təsis edilməsi problemi həll edəcək. Əxlaq polisinin təsisatından sonra, gərək, fahişəxanalar da təsis edilsin. Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. Mən düşünmürəm ki, vəziyyət əxlaq polisinin olmasına ehtiyac doğuracaq dərəcədə deyil. Bundan başqa, qanundan kənar hərəkət edən şəxslərin əxlaq polisinin xüsusi müəssisələrə yerləşdirməsi üçün həmin müəssisələrin təşkilinə də ehtiyac görmürəm. Amma fahişəliyə cəlbetmə, cinsi istismar kimi müəyyən bir davranış pozuntuları var ki, bunlarla bağlı da qanun çərçivəsində işlər görülür”.

Mehriban Zeynalova sonda fikirlərini bu cür yekunlaşdırıb:

“Əxlaq təkcə, bədənini satmaq deyil. Kişinin də, qadının da əxlaq problemi ola bilər. Yalan danışmaq da əxlaqsızlıq qədər qiymətləndirilir. Cəmiyyətdə bədənini satmadan elə, əxlaqsız hərəkət edən, başqalarının həyatını dağıda bilən əxlaqsızlar da olur. Əxlaq məsələsinə birmənalı qadın obrazında baxanda təbii ki, əxlaq polisinin olmasına kimlərsə ehtiyac duyur. Amma geniş məfhumda baxanda isə onda bura kişiləri, qadınları əlavə etsələr, bu, başqa mövzu olar”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …