Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əvvəl əks yola çıxdı, sonra dəmirlə hücum etdi – Video

Əvvəl əks yola çıxdı, sonra dəmirlə hücum etdi – Video

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün xuliqanlıq etməsi kameraya düşüb. 

“ Azinforum.az ” Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.

99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxıb. Sürücü ona zolağına qayıtmasını bildirib. 

Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edib. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürüb və digər sürücüyə hücum çəkib. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edib.

Sözügedən videonu təqdim edirik:

 Paylaş Tweet Telegram

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …