Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Nikol Paşinyan: “Vəziyyət kəskin pisləşə bilər”

Nikol Paşinyan: “Vəziyyət kəskin pisləşə bilər”

“Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər”.

Bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Hökumət başçısı iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayının artdığına, onların sosial məsafə qaydasına əməl etmədiklərinə diqqət çəkib: “Belə getsə vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”.

“Report” Ermənistan Səhiyyə Nazirliyinin mayın 13-nə olan məlumatına istinadən xatırladır ki, ölkədə koronavirusa yoluxanlar 3718 nəfər, ölənlər 48 nəfərdir.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …