Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Əsas günahkar Bakı Nəqliyyat Agentliyi olacaqdır” – Fazil Mustafa

“Əsas günahkar Bakı Nəqliyyat Agentliyi olacaqdır” – Fazil Mustafa

Millət vəkili Fazil Mustafa “Facebook”da Bakı Nəqliyyat Agentliyini tənqid edən statusla çıxış edib

Azinforum.az millət vəkilinin statusunu olduğu kimi təqdim edir:

“Bu arada ölkədə piyada ölümləri baş verərsə, bunun əsas günahkarı heç şübhəsiz Bakı Nəqliyyat Agentliyi olacaqdır. Bir neçə dəfə irad bildirmişəm, yenə də diqqət edib görürəm ki, piyadalar üçün keçid zolaqlarını ağ boya ilə neçə aydır ki, rəngləmirlər. Zabrat təfəfdə bu zolaqlar artıq çoxdan rənglənmədiyindən, sürücülər elə düşünürlər ki, bu xətlərdə dayanmamaq olar. Dayanacaqlar da çirkab içində. Onları da hər gün yumalı olduqları halda taleyin ümidinə buraxmışlar. Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə, Hesablama Palatasını oraya yönəltmək lazım gələcək…”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …