Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / ƏRDOĞANIN VƏZİYYƏTİ KRİTİKDİ –  “SKYPE” VASİTƏSİLƏ  XALQI  MEYDANLARA ÇAĞIRIR

ƏRDOĞANIN VƏZİYYƏTİ KRİTİKDİ –  “SKYPE” VASİTƏSİLƏ  XALQI  MEYDANLARA ÇAĞIRIR

Azinforum.az xəbər verir ki, Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişi etməsi haqda məlumatlar ciddi xarakter almağa başlayır. Bir neçə dəqiqə öncə,  Türkiyə prezidenti Ərdoğan telekanalların biri vasitəsilə xalqı meydana çıxıb hakimiyyəti qorumağa çağırdı.  Onun verilişə canlı bağlantısı primitiv üsulla həyata keçirildiyindən hiss edilirdi ki, vəziyyətin gərginliyi səbəbindən  hansısa məkanda gizlənmək zorunda qalıb. Ərdoğanın xalqa acizanə müraciətindən belə başa düşülür ki, onun orduya nəzarəti tamamilə əlindən çıxıb.

Azinforum.az hadisələrin gedişi ilə bağlı daim məlumat verəcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın