Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?

Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?

Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak–nəqliyyat vasitələrinin cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – ilk növbədə sənin: əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkiliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, quruluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …