Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Əhməd haradadır?”ın Ceyranı 80 yaşında – Fotolar

“Əhməd haradadır?”ın Ceyranı 80 yaşında – Fotolar

Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, “Əhməd haradadır?” filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

Axşam.az xəbər verir ki, tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb. 

Paçuaşvilinin ömür və sənət yolunu əks etdirən Gürcüstanın Birinci kanalının istehsalı olan “Mən və mənim 88 əksim” adlı sənədli filmin premyerası da olub. “Əhməd haradadır?” (1963) filmindən fraqmentlərin də daxil edildiyi ekran əsərində aktrisa Azərbaycan filmində çəkilməsinin tarixçəsindən ətraflı danışıb. 

“Azərbaycanfilm” kinostudiyası da tədbirdə iştirak edib və aktrisanı yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. 

Tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani də iştirak edib. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …