Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi: “Bu ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil”

Müdafiə Nazirliyi: “Bu ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil”

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Azinforum.az xəbər verir ki, Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki,  qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil: “Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …